Çin kosmosda rekorda imza atdı



 14:25 14.11.2022     333

Çin kosmosda qurduğu kosmik stansiyanın 4-cü tədarük səfərini rekord müddətdə tamamlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Çinin Kosmik səfərləri həyata keçirən agentliyindən açıqlama verilib. Bildirilib ki, rekord müddətdə həyata keçirilən səfərə 2 saat 7 dəqiqə vaxt sərf edilib. Bu Dünya ətrafında ən qısa müddətdə tamamlanan səyahət olub. Məlumata görə, səfər "Long March 7 Y6" raketi ilə reallaşdırılıb.

Bundan əvvəl, rus kosmonavtlar dünya ətrafındakı səyahəti 3 saat 3 dəqiqəyə tamamlamaqla ən rekorda imza atmışdı.

Bahadur Seyidov