ABŞ-la İran arasında nüvə danışıqları dayandı - Politoloq açıqladı



 14:06 14.11.2022     672

ABŞ-la İran arasında Vyanada keçirilən nüvə danışıqları dayanıb. Buna səbəb İranın Rusiyaya hərbi yardımı və Qərb blokuna qarşı Kremlin yanında yer almasıdır.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, məsələnin digər tərəfi isə, İranda SEPAH Qərblə nüvə danışıqlarının əleyinə olub:

"2015-ci ildə ABŞ başda olmaqla Altılıq ölkələri arasında İranla hərtərəfli nüvə sazişi bağlanmışdı. 2017-ci ildə Trmap prezident seçiləndən sonra İranla nüvə sazişindən birtərəfli olaraq çıxdı.

Prezident C.Bayden İranla nüvə danışıqlarının bərpası və müqavilənin bağlanmasına çalışmasına baxmayaraq Tehranın danışıqlarda güzəştə getməməsi, xüsusilə, SEPAH-ın bu məsələdə siyasi rəhbərliyə təsiri nəticəsində danışıqlar prosesi tənəzzülə uğradı.

Rusiyanın Ukraynada məğlubiyyəti, İsraildə B. Netanyahunun hakimiyyətə gəlməsi, ABŞ -da aralıq seçkilərində Respublikaçıların üstünlük əldə etməsi, İrana qarşı hərbi əməliyyatların aparılmasını labüd edə bilər. Çünki İranın aqressiv siyasəti, nüvə danışıqlarından geri çəkilməsi B.Netanyahunun hərbi addımlar atmasına gətirə bilər. Bu hərbi əməliyyatlar İranın nüvə obyektləri, hərbi bazaları və neft mədənlərini hədəfə alacaq. İran ətrafında proseslər diramatikləşir. Və İran üçün yaxın perspektivdə hərbi əməliyyatlar gözlənilir".

Xəyalə Məmmədova / Demedia.az