TDT-yə daxil olan ölkələrdə ədaləti öndə tutan... - Natiq Cəfərli



 15:00 14.11.2022     484

Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısında Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı xüsusi qərar imzalanıb. Nimamnamə kapitalı 500 mln. dollar olan Fond üzv ölkələrdə investisiya layihələri həyata keçirməlidir - bura qədər əla, çox gözəl, yaxşı təşəbbüsdür.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, amma bu təşəbbüs heçə də çıxa bilər:

"Ona görə də əvvəlcədən sərt qaydalar olmalıdır. İlk, hətta əsas qayda ancaq kooperasiya mümkün olan layihələrə üstünlük vermək olmalıdır - yəni, sabah birgə avtomobil istehsalına qərar verilsə, detalların istehsalı ölkələrdə təmin edilməlidir. Məsələn, motoru Türkiyədə, ötürücü qutusu Qazaxstanda, plastik detalları Azərbaycanda, şüşə elementləri Qırğızıstanda, təkərləri Özbəkistanda, kreslolar isə Türkmənistanda istehsal olunmalıdır - belə kooperasiya tək iqtisadi deyil də, insani əlaqələri, biznes münasibətlərini genişlətməklə yanaşı TDT ölkələrini bir-birinə daha sıx bağlaya bilər.

Eyni qaydalar soyuducu, TV, dron və s. elm tutumlu, müasir sənaye sahələri də aid edilməlidir.

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 162 mln. 700 min nəfərdir, ərtafda daha 3,5 mlrd. nəfərin yaşadığı bazarlara çıxış imkanı var - böyük potensialdır, bircə qalır bu üstünlüyü reallaşdırmaq üçün TDT-yə daxil olan ölkələrdə ədaləti öndə tutan, rifah yaradan sistemlər qurmaq".

Xəyalə Məmmədova / Demedia.az