Rus sahibkar Xersonu belə taladı: "Bu, insani borcdur"



 19:33 14.11.2022     666

Ukrayna Rusiya zooparkının sahibinin heyvanları Xersondan qaçırdığını iddia edib.

Demedia.az xəbər verir ki, Krımdakı Tayqan Aslan Parkının sahibi Oleq Zubkovun Xerson zooparkından 7 yenot, iki dişi canavar, bir hind tovuz quşu, bir lama və bir eşşək oğurladığı iddia edilir.

Krımdakı zoopark tərəfindən çəkilmiş videoda Zubkovun Xersondan gətirdiyi heyvanların Tayqanda xüsusi bölmələrə yerləşdirildiyi görünür.
Heyvanların müvəqqəti köçürülməsini müdafiə edən Zubkov deyib: "Bura canavarlar üçün çox daha yaxşıdır. Geniş tarla və Krım günəşi var. Karantin müddəti bitəndə onlar da erkək canavarla görüşəcəklər".

Zubkov heyvanların Krıma aparılmasını “insani borc” kimi qiymətləndirərək, Rusiya Xersonu geri aldıqdan sonra heyvanların şəhərə geri göndəriləcəyini təklif edib.

Digər tərəfdən, Ukrayna Müdafiə Nazirliyi rəsmi Tvitter hesabında görüntüləri paylaşaraq "İşğalçılar Xersonda hər şeyi oğurlayıblar" deyib.

Aysun / Demedia.az