Gənc qalmağın 100 faizlik təbii yolu: Heç kimin bilmədiyi üsul



 22:36 14.11.2022     621

Kollagen istehsalını artırır, dəridəki ləkələri azaldır, üzdəki incə xətləri, qırışları və yağ bezlərini yox edir, qara nöqtələrlə mübarizə aparır, sızanaq problemlərini həll edir. Hüceyrə yenilənməsini artıraraq, sağlam və parlaq yeni dəri təmin edir - A vitamininin törəməsi olan retinol bütün bunları edir. 

Bəs ən məşhur dəriyə qulluq maddələrindən biri olan retinoldan istifadə edərkən nələrə diqqət edilməlidir? Dərini təbii retinol mənbələri ilə qidalandırmaq mümkündürmü?

Gənc qalmaq, gözəl görünmək və ya yaşlarından daha gənc görünmək həm kişilərin, həm də qadınların arzusudur. Bu arzunu reallaşdırmaq hər bir insanın öz əlindədir. Bunun üçün üzdə cizgilər, qırışlar və ləkələr əmələ gəlməmişdən əvvəl qayğıya başlamaq, dərinin daxildən və xaricdən qidalanaraq bərpasına dəstək olmaq lazımdır. 

Dərinin müntəzəm olaraq təmizlənməsi, keyfiyyətli nəmləndirici istifadə və ya maskaların hazırlanması ən təsirli qulluq üsullarındandır. Təəssüf ki, bu əsas tətbiqlər dərinin qocalmasının qarşısını almaq üçün kifayət deyil. Son günlər dərini qidalandırmaq və illərin mənfi təsirlərini aradan qaldırmaq üçün mütəxəssislər tərəfindən retinol tövsiyə olunur. Çünki A vitamininin bir növü olan retinol bir çox dəri problemi üçün ən təsirli həlli təklif edə bilər.
Retinol epidermal hüceyrələrin bərpasını artırır, sağlam və parlaq yeni dəri yaradır. Kollagen istehsalını artırır və yaşlanma əleyhinə təsir göstərən daha sıx bir dəri təmin edir. Həmçinin üzdəki qırışları yox edir və dəriyə daha çox nəm verir. Melanogenezin qarşısını alır və dəridəki ləkələri azaldır. Məsamələri açaraq qapalı komedon, kist və milium adlanan yağ bezlərinin məhv olması nəticəsində yaranan sızanaq problemlərini aradan qaldırır.

Aysun / Demedia.az