600 ağacı kökündən kəsdilər - Belə vicdansızlıq olmaz!
Türkiyənin Mersin bölgəsində Fatih Yalına məxsus limon bağında 600 ağac naməlum şəxs və ya şəxslər tərəfindən kəsilib.
Demedia.az xəbər verir ki, Yalın "Kim belə şey edər, niyə? Bu ağacları hansı vicdan kəsir?", -deyə şikayət edib.
Hadisə noyabrın 9-da səhər saatlarında rayonun Bazön kəndində baş verib. Fatih Yalına məxsus 5 hektar ərazidə əkilən 600 ədəd 7 yaşlı limon ağacı mişarla kökündən kəsilib. Qonşusunun xəbəri ilə bağçaya gedən Yalın hadisə yerindən şoka düşüb və polisə məlumat verib.
Yadigar bağçadakı ağacların kəsildiyini izah edən Yalın bu sözləri deyib: "Bu bağçaya uşağım kimi baxdım, hər gün ağaclara qulluq etdim. Üzərində meyvə olan ağaclarım kökündən kəsildi. Nə cür vicdansızlıqdır? Bir yaşına çatmışdılar. Bu il ilk dəfə pul qazanacaqdım.İndi yenə əkəcəyəm, ən az 10 il geriyə. Kim, niyə belə edər?".
Aysun / Demedia.az