Dünyanın ən uzun şəhər adı - Mələklər şəhəri haqqında inanılmaz faktlar



 21:04 14.11.2022     1106

Hər il bir-birindən gözəl, füsunkar yerləri ilə ziyarətçilərin diqqətini çəkən şəhər - Tayland haqqında inanılmaz məlumatları təqdim edirik.

Taylandı maraqlı edən xüsusiyyətlərdən biri də hər il yalnız meymunlar üçün təşkil edilən festivaldır. Festivalın əsas məqsədi meymunlara hörmətlə yanaşmağın bəxt gətirəcəyinə inanmaqdan irəli gəlir. Şəhərə hər il minlərlə turist gətirən meymunlara təşəkkür etmək üçün yerli sakinlər onlara ziyafət verir, maraqla qarşılayırlar.

Taylandda kral ailəsi hamı tərəfindən sevilir və dərin hörmətlə qarşılanır. Monarxiyanın hər hansı bir üzvünü tənqid etmək tamamilə qanuna ziddir. Ölkədə “lèse majesté” qanunu var, yəni krala, kraliçaya və ya kral ailəsinin varislərinə qarşı hörmətsiz davranış vətənə xəyanətə görə həbslə cəzalandırılır. Ən maraqlısı odur ki, Taylandda Analar və Atalar Günü də analar və atalar üçün deyil, kral və kraliça üçün qeyd olunur.

Taylandın paytaxtı Banqkok təkcə Taylandın ən böyük şəhəri deyil, həm də bütün Tayland əhalisinin onda biri Banqkokda yaşayır. Pali və Sanskrit kök sözlərindən ibarət Banqkokun rəsmi adı Krungthepmahanakhon Amonrattanakosin Mahintharayutthaya Mahadilokphop Noppharatratchathaniburirom Udomratchaniwetmahasathan Amonphimanawatansathit Sakkathattiyawitsanukamprasitdir. Dünyanın ən uzun şəhər adı "mələklər şəhəri, ölməzlərin böyük şəhəri, doqquz daşdan ibarət möhtəşəm şəhər, kral kürsüsü, kral sarayları şəhəri, İndranın göstərişi ilə Visvakarman tərəfindən ucaldılmış tanrıların təcəssümü" deməkdir. Olduqca mənalıdır.

Bəzilərinin fikrincə, dünyanın ən nadir çiçəyi olan səhləb Tayland üçün də çox önəmlidir. Tayland dünyanın bir nömrəli səhləb ixracatçısıdır. Məlumdur ki, Tailand səhləblərinin təxminən 45%-i xaricə ixrac edilir, qalan hissəsi isə daxili bazarda yerli əhaliyə satılır.

Tayland mədəniyyətində baş bədənin ən vacib hissəsi hesab olunur. Taylandlılar kiminsə uşağının başına toxunmağa xüsusi diqqət yetirirlər. Nə başqasının uşağının başına toxunurlar, nə də öz uşaqlarına toxunmağa icazə vermirlər. 

Aysun / Demedia.az