Avropa Birliyi İrana qarşı növbəti dəfə sanksiyalar tətbiq etdi
Avropa Birliyi Məhza Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarına müdaxiləyə görə növbəti dəfə İrana qarşı sanksiyalar tətbiq edib.
Demedia.az xəbər verir ki, bu barədə Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin toplantısında qərar qəbul edilib. Məlumata görə, qadağalar siyahısına daha 29 nümayəndə və 3 qurum əlavə edilib. Onların insan hüquqlarını pozduğuna görə qadağaya məruz qaldığı açıqlanıb. Məlumata görə, sanksiyalara məruz qalan iranlı şəxslərdən 4-ü İran İslam İnqilabi Keşikçilər Korpusunun komandanıdır.
İranın Press televiziyası da sanksiyalar məruz qalan qurumlar arasındadır.
Bahadur Seyidov