Ankarada ABŞ və Rusiya arasında görüş oldu
Ankarada ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Bill Burns ilə Rusiyanın Xarici Kəşfiyyat Təşkilatının rəhbəri Sergey Narışkin arasındakı görüş ABŞ tərəfinin istəyi ilə həyata keçirilib.
Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, görüşün detalları barədə açıqlama verilməyəcək. Qeyd edək ki, “Ağ ev”in Milli Təhlükəsizlik Şurasının adının açıqlamasını istəməyən nümayəndəsi Anadolu agentliyinə Ankarada ABŞ və Rusiya kəşfiyyatları arasında görüş olduğunu açıqlamışdı.
Bahadur Seyidov