Polşada 21 milyon qutu siqaret ələ keçirildi



 12:24 15.11.2022     439

Polşa polisinin paytaxt Varşavadan 1 saat məsafədə yerləşən Plonsk qəsəbəsəsində keçirdiyi axtarışlar zamanı 21 milyon qutu siqaret ələ keçirilib.

Demedia.az xəbər verir ki, hadisə ilə bağlı 8 şübhəli saxlanılıb. Onların arasında Rusiya, Ukrayna və İsrail vətəndaşları da var. Məlumata görə, qanunsuz olaraq saxlanılan siqaret qutuları ixrac edilmək üçün nəzərdə tutulub. Lakin onların hansı bölgələrə aparılacağı açıqlanmayıb.

Məlumata görə, ələ keçirilən tütün məhsullarının ümumi dəyəri 3,5 milyon avrodur.

Bahadur Seyidov