Sudanda qəbilələr arasında qarşıdurma oldu



 19:02 15.11.2022     700

Sudanın qərbindəki Darfur bölgəsində qəbilələr arasındakı toqquşmalara görə fövqəladə vəziyyət elan edilib.

Demedia.az xəbər verir ki, toqquşmalar səbəbilə 24-dən çox insanın öldüyü bildirilir. Məlumata görə, 1 aylıq fövqəladə vəziyyət müddətində sakinlərin küçələrə çıxmasına məhdudiyyətlər tətbiq edilib. İnsanların bir yerə toplaşması qadağan edilib. Vəziyyətin nəzarət altında saxlanılması üçün bölgədəki asayiş keşikçilərinin sayı artıb.

Qeyd edək ki, torpaq bölgüsünə görə qəbilələr arasında tez-tez problemlər yaşanır. Bu dəfəki toqquşma isə oğurlu hadisəsindən sonra başlayıb.

Bahadur Seyidov