Yaponiya Çini ölkənin suverenliyini pozmaqda ittiham etdi
Yaponiyanın Baş naziri Kişida Fumio Çini ölkəsinin suverenliyini pozmaqda ittiham edib.
Demedia.az xəbər verir ki, Baş nazir Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının zirvəsində çıxışı zamanı bildirib ki, Çin Asiya-Sakit okeanı bölgəsində gərginliyi artırır. Baş nazirin sözlərinə görə, Çin Şərqi Çin dənizində Yaponiyanın suverenliyini pozan həmlələri davam etdirir. Kişida qeyd edib ki, Çinin həmlələri Tayvan boğazının təhlükəsizliyini də təhlükə altına atır.
Qeyd edək ki, Çin və Yaponiya arasındakı Senkaku adalarına hər iki ölkə iddia edir. Ada Yaponiyanın nəzarətindədir.
Bahadur Seyidov