Pakistan Əfqanıstanla sərhəddəki keçid məntəqəsini bağladı



 15:19 15.11.2022     326

Pakistan Əfqanıstanla sərhəddə yerləşən Çaman keçid məntəqəsini müvəqqəti bağlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Pakistan mənbələri məlumat yayıb. Bildirilir ki, sərhədin bağlanmasına səbəb Əfqanıstan tərəfindən pakistanlı hərbçilərin atəşə tutulmasıdır. Hücum zamanı 1 hərbçi həlak olub. Bir əsgər isə yaralanıb. Rəsmi dairələrin məlumatına görə, hücumu təşkil edənlər Pakistan tərəfinə təslim edilənə qədər sərhəd qapısı açılmayacaq.

Məlumata görə, problemin həlli üçün iki ölkənin rəsmiləri arasında danışıqlar aparılır.

Bahadur Seyidov