Peskov Rusiya-BMT danışıqları barədə açıqlama verdi
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və BMT arasında davam edən “taxıl sazişi”nin müddətinin uzadılmasına dair danışıqlar barədə məlumat verib.
Demedia.az xəbər verir ki, o bildirib ki, danışıqlar hələlik müsbət keçir. Peskov tərəflər arasında yekun nəticənin hələki əldə edilmədiyini ifadə edib. Peskovun sözlərinə görə, “taxıl sazişi”nin müddəti yaxın günlərdə yekunlaşacaq və tərəflər müqavilənin müddətini uzatmaq üçün razılıq əldə etməyə çalışır.
Peskov Rusiyanın qidadan silah kimi istifadə etməsi barədə iddiaları rədd edərək qeyd edib ki, Moskva əksinə qidaların tədarükü üçün səy göstərir.
Bahadur Seyidov