Tromb və damardakı yığıntılardan xilas olmağın yolu - Araşdırma



 22:37 15.11.2022     1690

Pis xolesterin səbəbilə damarlarda ateroskleroz yaranır. Bu zaman damarlardakı yığıntılar qanın ürəyə və beyinə düzgün çatmasını əngəlləyir, insultun və infarktın əsas səbəblərindən sayılır. Cinsindən asılı olmayaraq istənilən insan aterosklerozun risk qrupundadır.

Səbəblər belə sıralanır: 
Düzgün qidalanmamaq; 
Artıq çəki; 
Genetik faktorlar; 
Pis həyat tərzi;
Zərərli vərdişlər; 

Patalogiya mərhələli şəkildə irəliləyir. İlkin etapda damarlarda lipidlər yığılmağa başlayır. Sonra yığıntıların həcmi artır, damardaxili toxumaları örtür. Beləcə, damarlarda qanın axını zəifləyir, nəticədə, baş beyinə çatan qanın və qidalandırıcı maddələrin həcmi azalır. Başqa sözlə, baş beyin lazımi qədər qidalanmır.  Prosesin başlamasının və inkişafının fərqində olmaq asan deyil. Buna görə də, mütəxəssislər insanları davamlı olaraq müayinələrdən keçməyə, qan analizləri verməyə səsləyir. Problemin vaxtında aşkarlanması düzgün müalicənin ilkin şərtidir.

Damarları tromblardan və yığıntılardan necə təmizləmək olar? 

Sağlam damarlar rahat və xoş əhval-ruhiyyəli həyatın açarıdır. Ümumiyyətlə, ürək-damar sisteminin sağlamlığı üçün insan özü də çalışmalıdır. Məsələn; 
-aktiv həyat tərzini seçməlidir;
-zərərli vərdişlərdən əl çəkməlidir;
-müntəzəm olaraq sağlam qidalanmalıdır; 
-rasionuna təzə meyvələri və ya həmin meyvələrin şirələrini, həmçinin, pis xolesterinin səviyyəsini aşağı salmağa kömək edən tərəvəzlər daxil etməlidir; 
-xolesterinlə zəngin qidalardan uzaq durmağa çalışmalıdır;
Bunlardan əlavə, yaxşı olar ki, nizamlı şəkildə “damar təmizləmə” prosesinə start versinlər. Bunun üçün əlçatan vasitələr çoxdur. İdmanla məşğul olmaq da ürək-damar sisteminin sağlamlığının dəstəklənməsində önəmli addımlardandır. Yetkin bir insan həftədə, ən azı, 150 dəqiqə idman eləməlidir. 

Neumıvakin metodu.
1 baş sarımsaq və 3 limon götürün. Bu iki inqridient bir-birinin müalicəvi gücünü artırır. 1 çay qaşığı  soda qatılmış isti su ilə limonları yuyun. Kağız dəsmal ilə qurulayın. Limonların yalnız baş tərəflərindəki qalın qabığı kəsib atın. Qabıqlı şəkildə xırda doğrayın. Doğradıqca qarşınıza çıxan çiyidləri də atın. Sarımsağın qabığını soyun və ilıq suyla sürətli şəkildə yaxalayın.  Sarımsaq dişlərini və xırda doğranmış limonları birlikdə blenderdən keçirin. Alınan qarışımı steril edilmiş şüşə qaba qoyub ağzını bağlayın. Soyuducuda saxlayın.  Qarışımdan gündə 1 çay qaşığı götürün, ağzınıza qoyun və 1 stəkan təmiz suyu içərək udun. Qarışım: 
-qanı təmizləyir; 
-ürək-damar sistemi xəstəlikləri riskini aşağı salır; 
-immuniteti möhkəmlədir; 

Balqabaq tumları. 
Maqnium və K vitamini ilə zəngin olan balqabaq tumu qanın qatılaşmasına və damarların tıxanmasına imkan vermir. Əgər hər gün balqabaq tumu yesəniz qanda pis xolesterinin səviyyəsi azalacaq. Bundan əlavə, tumlar damar divarlarının möhkəmlənməsinə də xidmət edir. Hipertoniklər üçün də bu ləzzətli tumlar “əsl dost”dur. 

Şüyüd toxumu. 
Şüyüd toxumunu bal ilə qarışdırın. Üzərinə üyüdülmüş dərman pişikotu kökü əlavə edin. Qarışımı termosdakı isti suya qatın və ağzını bağlayaraq 1 sutka saxlayın. Hər dəfə yeməkdən  30 dəq əvvəl 20 qr bu qarışımdan qəbul edin. 

Kətan toxumu.
Kətan damarların elastikliyini təmin edir,  damar divarlarına yığılmış zərərli maddələri təmizləyir. Kətan toxumunu salatlara əlavə etmək olar. Onu  acqarına yemək də mümkündür.  Kətan toxumundan faydalı həlim hazırlamaq üçün kətan toxumunu və təmiz suyu 1:3 nisbətində götürmək lazımdır.  Toxumla suyu axşamdan qatın. Qarışımn olduğu qabı qaynar su ilə doldurulmuş qazanın içinə qoyun və 2 saat vam odda dəmləyin. Səhər qarışımı cuna ilə süzün və təmiz şüşə qaba töküb ağzını bağlayın. Səhər  acqarına 100 qr, bir də axşam yeməkdən sonra 100 qr bu həlimdən için. 

Dəfnə yarpağı. 
25 dəfnə yarpağını 300 ml qaynar suyun içinə tökün. Qabın ağzını bağlayın. 4-5 saat saxlayın. Qarışımı kiçik udumlarla 3 gecə ərzində için. Arada 1 həftə fasilə verdikdən sonra müalicə prosedurunu təkrarlaya bilərsiniz. 

Bal. 
İstənilən ürək-damar problemi zamanı təmiz çiçək balı qəbul etmək faydalıdır. Təkibindəki qlükoza və fruktoza ilə bal ürək əzələlərinin qidalanmasında önəmli rol oynayır. Tövsiyə edilir ki, gün ərzində 1 çay qaşığı, bacarsanız, lap elə, 1 xörək qaşığı olmaqla  3-5 dəfə bal qəbul edəsiniz. 

Balqabaq. 
200 qr balqabaq ləti, 30 qr kişmiş, bir ovuc buğda, 1 xörək qaşığı duru bal götürün. Balqabaq lətini, kişmişi və buğdanı belnderdə üyüdün. Üyüdülmüş inqridientlərə balı əlavə edin və yaxşıca qarışdırın.  Alınan qarışımı soyuducuda saxlayın. Arterial hipertoniya zamanı müalicəvi effektə malik olan qarışımdan səhər yeməyi arasında 1 xörək qaşığı yeyin. Müalicə kursu 10 günlükdür. 

Sarımsaq. 
300 qr təmizlənmiş sarımsağı yarım litr suya qatın və şüşə qabın ağzını bərk-bərk bağlayıb saxlayın. Həftədə 2-3 dəfə şüşə qabı isti otağa gətirin və sonra yerinə-daha sərin yerə qaytarın. 1-2 həftəyə qarışım lazımi effektə malik olacaq. Bundan sonra, hər gün 15-20 damcı bu qarışımdan götürün,yarım stəkan isti südə əlavə edin və için. 

Vitaminli qarışım. 
Bərabər miqdarlarda gavalı, kişmiş, ərik qurusu, qoz ləpəsi götürün. 3 ədəd limonu çiyidlərdən təmizləyin və blenderdən keçirin. Digər inqridientləri ət maşınından keçirərək limona əlavə edin. Qarışımı 1 stəkan təbii balın içinə tökün və qarışdırın. Gün ərzində 2 dəfə, hər dəfə 1 xörək qaşığı olmaqla bu qarışımdan yeyin. Yerdə qalanını soyuducuda saxlasanız yaxşı olar. 

Qumluq ödotu.
    3 çay qaşığı ödotu çiçəyini yarım litr qaynar suya qatın və otaq temperaturunda, üstünü qalın şalla örtərək 3-4 saat dəmlənməyini gözləyin.  Məhluldan hər dəfə yarım stəkan olmaqla gün ərzində 4 dəfə yeməkdən sonra için. 

    Dazı  bitkisi. 
    100 qr qurudulmuş dazı bitkisini 2 litr təmiz suya əlavə edin və vam odda 10 dəqiqə qaynadın. Sonra odu söndürün, amma qazançanı 30-40 dəqiqə-plitənin dəmirinin istisi soyuyanadək ocaqda saxlayın. 180 qr balı məhlula əlavə edin və qarışdırın. Alınan qarışımı steril şüşə qaba tökün, soyuducuda saxlayın. Gün ərzində 2-3 dəfə, hər dəfə yarım stəkan olmaqla məhluldan için. 

İnfarkt və insultun qarşısının alınması
    
    Bal və darçın. 
    50 qr təbii bal, 20 qr üyüdülmüş darçın götürün. Bunları 1 litr qaynar suya qatın. Ağzını bağlayıb 1 sutka gözlədin. Səhər və axşam bu qarışımdan 100 ml için. 

    Zeytun və qoz. 
    Yarım kq qoz ləpəsini eyni miqdardakı yaşıl zeytunla  birgə ətçəkəndən keçirin. Qarışımı təmiz qaba yığın. Hər gün acqarına qarışımdan 1 çay qaşığı yeyin. 

    Bitkilərdən alınan müalicəvi vasitə. 
    Resept 1. 
    Qeyd edim ki, bütün bitkilər eyni ölçüdə götürülməlidir. Gəvən, ladan kolu, qumluq ödotu, dərman pişikotu, damotu, yonca, quruca, razyananı bir-birinə qatın. Qarışımdan 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suya əlavə edin. Ağzını bağlayın və 5-6 saat saxlayın. Gündə 4 dəfə, hər dəfə də 1⁄4 stəkan olmaqla məhluldan için. 
Resept 2.    
Yemişan, xəşənbül, dərman pişikotu, dərman limonotu, filipendula, xamerion və qızılgül ləçəklərini bərabər ölçüdə götürün, bir-birinə qatın.  5 qr qarışımı 1 stəkan qaynar suya  qatın. Qarışım olan qabı qaynar su ilə dolu qazanın içində 15 dəq saxlayın ki, dəmlənsin. Sonra 30 dəq gözləyin. Qarışımı günün istənilən vaxtında içə bilərsiniz. 

Ağcaqayın cücərtiləri. 
Ağcaqayın cücərtiləri soyuqdəymə əleyhinə, orqanizmi toksinlərdən təmizləmək məqsədilə, qanı təmizləyən və qan bərpasına kömək edən vasitədir. Bundan əlavə, ağcaqayının yarpaqları da, şirəsi də dərman vasitəsi sayılır. 
 Resept 1.
10 qr ağcaqayın cücərtisini 200 ml qaynar suya qatın. 15 dəq vam odda dəmlənməsini gözləyin. Soyuması üçün otaq temperaturunda saxlayın. Məhluldan gün ərzində, öynələr arasında 100-200 ml için. 
Resept 2.
1 xörək qaşığı ağcaqayın cücərtisini 500 ml keyfiyyətli spirtə qatın. Qarışımı 2 həftə qaranlıq yerdə saxlayın. Hər gün şüşə qabı çalxalayın. Hazır olduqdan sonra qarışımdan gündə 2-3 dəfə, hər dəfə 15 ml olmaqla için. 

Yemişan. 
Hazırlanacaq vasitə sinir sistemini sakitləşdirir, ürəyin işini stabilləşdirir. 30 qr yemişanı üyüdün, 1 stəkan qaynar suya qatın. Soyuyandan sonra cuna ilə süzün. Səhər yuxudan ayılan kimi və axşam yuxuya getməzdən əvvəl, hər dəfə 20-50 ml bu sudan için. 

Mumiyə.
Mumiyə ürəyi miokarda qarşı qoruyur, damarları təmizləyir. Yaxşı olar ki, mumiyəni yeməkdən əvvəl qəbul edəsiniz. Maye şəklindədirsə, əvvəlcə, 30 damcı, sonra 40 damcı şəklində qəbul edə bilərsiniz. Kapsul şəklindədirsə, yaxşı olar ki, dozanı həkim təyin etsin. 

Bahadur Seyidov / Demedia.az