Azərbaycanın İsraildə səfirliyi açıla bilər - BU TARİXDƏ
Azərbaycanla İsrail arasında siyasi və hərbi -texniki əməkdaşlıq yüksək səviyyədə davam edir.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, bu, Netanyahunun Knessete seçkilərdə qələbə əldə etməsi, yenidən baş nazir postuna qayıtması Azərbaycanla əlaqələrin inkişafında mühüm rol olacaq:
"Ölkəmizə yeni hücum və müdafiə silahların verilməsi, həmçinin Türkiyə, Azərbaycan və İsraillə üçtərəfli formatda yeni bir siyasi-təhlukəsizlik platforması qurması zəruridir.
Qeyd edim ki, gələn il mart ayına qədər Azərbaycanın İsraildə səfirliyi açıla bilər. Bunun üçün münbit siyasi zəmin formalaşıb. Bu, Azərbaycana ABŞ-ın siyasi dəstəyini daha da artırmış olacaq.
İsraildə səfirliyin açılması geosiyasi çağırışlara cavab verir".
Xəyalə Məmmədova / Demedia.az