İnanılmaz QURAQLIQ: 45 il sonra İLK



 23:09 15.11.2022     1717

Türkiyənin Bursa bölgəsinin su ehtiyacının böyük hissəsini ödəyən Nilüfer Anbarında su demək olar ki yoxa çıxıb.

Demedia.az xəbər verir ki, anbarın son vəziyyətini görənlər gözlərinə inanmayıb. 

Bursa Su və Kanalizasiya İdarəsi (BUSKİ) bənd doluluq nisbətlərini açıqlayıb. Mütəxəssislərin fikrincə, açıqlanan rəqəmlərə əsasən Bursanın təxminən 50 günlük suyu qalıb.

Quraqlıq belə davam edərsə, 2 aydan sonra bulaqdan içməyə su tapılmayacaq. 

45 ildir eyni kənddə yaşadığını və indiyə qədər belə quraqlıq görmədiyini bildirən Kozbudaklar kənd bələdiyyəsinin sədri Mehmet Yıldırım bunları əlavə edib: 

"45 yaşım var və 45 ildir bu kənddə yaşayıram. Bu günə qədər il heç bu qədər quru olmamışdı. Bəndimizdəki su azaldı. Heç bu qədər quru olmamışdı".

Aysun / Demedia.az