BMT-nin qərarı soyğundur - Peskov



 12:54 16.11.2022     334

BMT-nin Ukrayna müharibəsinə görə Rusiyanın təzminat ödəməsi barədə qərarı Moskvada etirazla qarşılanıb.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bildirib ki, qətnamə əsassızdır. “Bu BMT-nin platformasından istifadə edərək,  soyğunu rəsmiləşdirməkdir” deyən Peskov, sənədin qanunsuz olduğunu deyib.

“Bu prosedurun təşkilatçıları rezervlərimizin soyğununu yekunlaşdırmağa çalışır. Rusiya buna qarşıdır. Atacağımız addımları müəyyənləşdirərkən bunları da diqqətə alacağıq” - Peskov deyib.

Bahadur Seyidov