Avropa Birliyi Böyük Britaniyanı müdafiə layihəsinə dəvət etdi
Avropa Birliyi Böyük Britaniyanın tələbindən sonra krallığı PESCO adlandırılan müdafiə layihələrindən birinə dəvət edib.
Demedia.az xəbər verir ki, bu barədə Avropa Birliyinin müdafiə nazirləri qərar qəbul edib. Məlumata görə, layihənin hərbi nəqliyyat sahəsində koordinatoru Hollandiyaya Böyük Britaniyanı layihəhə dəvət etmək üçün səlahiyyət verilib. Avropa Şurasının açıqlamasına görə, Britaniyanın iştirakı layihəyə ciddi dəstək verəcək.
Qeyd edək ki, PESCO layihəsinə bundan əvvəl ABŞ, Norveç və Kanada daxil olub. Layihə hərbi qüvvələrin bacarıqlarının arıtırılmasını və müharibə təhlükələrinə tez cavab verilməsini nəzərdə tutur.
Bahadur Seyidov