Polşaya düşən raketi Ukrayna ordusu atıb - ABŞ
ABŞ-ın yüksək rütbəli rəsmiləri Polşaya düşən raketin Ukrayna ordusu tərəfindən atıldığını açıqlayıb.
Demedia.az xəbər verir ki, rəsmilər qeyd edib ki, Ukrayna ordusunun rus raketlərini vurmaq üçün havaya buraxdığı mərmilər Polşa ərazisinə düşüb. “İlk nümunələr bunu göstərir” deyən amerikalı nümayəndələr araşdırmaların davam etdiyini bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də oxşar açıqlama vermişdi. O bildirmişdi ki, Polşaya düşən raket böyük ehtimalla Rusiyaya məxsus deyil.
Bahadur Seyidov