Tramp rəsmən namizədliyini açıqladı - Baydeni tənqid etdi
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə namizəd olacaq.
Demedia.az xəbər verir ki, bu barədə Tramp özü açıqlama verib. Prezidentliyə namizədliyini rəsmən açıqlayan Trampın sözlərinə görə, onun hakimiyyəti dövründə iqtisadi vəziyyət olduqca yaxşı olub. Donald Tramp qeyd edib ki, onun hakimiyyəti dövründə müharibələr olmayıb və dünyada sülh, sabitlik olub. Keçmiş Prezident postda olduğu dövrdə ABŞ-ın iqtisadi göstəricilərinin tarixdə ilk dəfə bu qədər yaxşı olduğunu ifadə edərək, hazırkı lider Co Baydenin siyasətini tənqid edib.
“Co Bayden adminstrasiyasının rəhbərliyində ölkə iqtisadi cəhətdən geriyə getdi. Milyonlarla amerikalı üçün Co Bayden rəhbərliyindəki son iki il çətin keçdi. ABŞ aşağılandı, utandırıldı, zəiflətildi” – Tramp deyib.
Bahadur Seyidov