Britaniyada inflyasiyada rekord göstərici



 15:48 16.11.2022     361

Böyük Britaniyada inflyasiya son 41 ilin ən yüksək göstəricisinə çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Britaniyanın Milli Statistika ofisindən açıqlama verilib. Bildirilib ki, illik inflyasiya 11,1 faizə çatıb. İnflyasiyanın artmasına səbəb xüsusilə qida sektorunda qiymətlərin artmasıdır. Məlumata görə, Böyük Britaniyada inflyasiya son 70 ildə 6 dəfə 10 dərəcəni keçib. Sonuncu dəfə 1982-ci ildə ölkədə inflyasiyanın dərəcəsi 10-dan çox olub.

İnflyasiyanın artmasının Britaniyanın Mərkəzi Bankının valyuta siyasətinə də təsir edəcəyi güman edilir.

Bahadur Seydiov