NASA təxirə düşən uçuşu həyata keçirdi



 16:12 16.11.2022     338

NASA-nın “Aya qayıdış” layihəsi çərçivəsində “Artemis 1” kosmik gəmisi kosmosa buraxılıb.

Demedia.az xəbər verir ki, Yunanıstanın Ay ilahəsi “Artemis”in adının verildiyi kosmik gəmi müşahidə işləri həyata keçirəcək, məlumatlar toplayacaq. Məlumata görə, kosmik gəmi Floridadakı kosmik bazadan buraxılıb. Hadisə zamanı xoşagəlməz hadisə baş verməyib və uçuş uğurlu alınıb.

Qeyd edək ki, kosmik gəmi hələ sentyabr ayında buraxılmalı idi. Lakin qasırğa səbəbilə uçuş təxirə salındı. Bu uçuş daha əvvəllər də iki dəfə texniki nasazlığa görə təxirə salınmışdı.

Bahadur Seyidov