Quterreş Polşaya raketlərin düşməsi ilə bağlı narahatlığını ifadə etdi
BMT-nin Baş katibi Antonio Quterreş Polşaya raketlərin düşməsi ilə bağlı narahatlığını ifadə edib.
Demedia.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Farhan Haq yazılı açıqlama verib. Açıqlamada deyilir ki, Polşa ərazisinə raketlərin düşməsi Qutterreşi çox narahat edir. Ukraynadakı müharibənin dayandırılması olduqca önəmlidir.
Qeyd edək ki, ABŞ tərəfi ilk nümunələri araşdırandan sonra raketlərin Ukrayna ordusu tərəfindən atıldığını ifadə edib. Məlumata görə, Ukrayna ordusunun rus raketlərinin qarşısını almaq üçün atdığı mərmilər Polşaya düşüb.
Bahadur Seyidov