Fransanın əsas siyasəti Xankəndində "humanitar" ofis açmaqdır - Politoloq



 15:04 16.11.2022     579

Fransa senatı Azərbaycan əleyhinə qətnamə qəbul edərək, Cənubi Qafqazda geosiyasi mövqeyinin gücləndirilməsinə çalışır. Bu qətnamə tövsiyə xarakteri daşısa da icrası prezidentin qərarından asılı olacaq. Əgər, prezident bu qərarı imzalasa Azərbaycan üçün keçərli olmayacaq.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

onun sözlərinə görə, təbii ki, belə bir bədnam və beynəlxalq hüquqa zidd bir qətnamə qalib Azərbaycanın öz siyasətindən geri çəkilməsinə gətirib çıxarmayacaq:

"Bununla, Fransa Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə xitam verdi və Praqada imzalanan dörd tərəfli Bəynnamədə öz imzasının üstündən xətt çəkdi.

Burada Fransanın əsas siyasəti Xankəndində "humanitar" ofis açmaqdır. Rusiya rəhbərliyi də burada maraqlı görünür. Həmçinin qətnamədə beynəlxalq sülhməramlılar dedikdə, Fransa ordusunun Qarabağa gətirilməsi vurğulanır. N. Paşinyanda belə bir qətnamənin qəbulunda maraqlıdır. Baş verənlər isə, Ermənistanı blokadada saxlayacaq. Nəticədə müxalifətin N. Paşinyana qarşı mövqeyi güclənəcək. N. Paşinyan Azərbaycanla gərginləşmə siyasətinə üstünlük verib, yanılmarıq. Ona görə də gündə bir açıqlama verərək sülh müqaviləsinin bağlanmasından yayınır.

Baş verən proseslərdə ABŞ-ın mövqeyi bizim üçün həlledici olacaq. Həmçinin Avropa Birliyinin apardığı vasitəçilik missiyasın roluna zərbə vurulur. ABŞ birmənalı şəkildə Cənubi Qafqazda Fransanın aktivliyini qəbul etməyəcək və Vaşinqton Azərbaycanı dəstəkləyəcək. Ona görə də ABŞ -la diplomatik əlaqələr inkişaf etdirilməlidir. Həmçinin Türkiyə faktoru var və Azərbaycan Türkiyə ilə birgə Laçın dəhlizini bağlaya bilər.

Fransa və Rusiyanın açıq şəkildə Qarabağ məsələsini gündəmə daşıması, Xankəndində ofis açılmasına cəhd və Fransa ordusunun göndərilməsi planı reallaşdırmaq mümkün olmayacaq.

Qeyd edim ki, N. Paşinyan məhz Qarabağa beynəlxalq sülhməramlıların yerləşdirilməsini təklif edib. Göründüyü kimi, Parisin mövqeyi ilə razılaşan N. Paşinyan Cənubi Qafqazda Türkiyə Azərbaycan tandeminə qarşı Fransanın təhriki ilə bu oyunda yer alıb. Fransanın Cənubi Qafqaz siyasəti isə, digər regionlarda olduğu kimi fiaskoya uğrayacaq".

Xəyalə Məmmədova / Demedia.az