Dünya heç vaxt məhv olmağa bu qədər yaxın olmayıb - Natiq Cəfərli
Dünya bir neçə "dəlinin" əlində girova çevrilib, balacaboy "Çarcıq" sağa-sola raket atır, müharibə, şəhərlərin, kəndlərin viran qalması adiləşir, insan ölümü statistikaya çevrilir - faciədir.
Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, "Çarcıq" Polşaya da raket atmaqla "stavkanı" daha da artırır:
"Ukraynaya məğlub olmağı özünə sığışdırmayan manyak, NATO ilə üzbəüz gəlməyi, bununla da nüvə "dəyənəyinin" işə düşməsi qorxusu ilə nəsə əldə edəcəyini düşünür.
Çox təhlükəli durumdur, Dünya heç vaxt məhv olmağa bu qədər yaxın olmayıb.
Dünya əhalisini 8 mlrd.-ı keçməsini dərd edən, əlində real güc olan digər qlobal manyak qrup da bəşəriyyətin "xilasını" məhz müharibələrdə, pandemiyalarda gördüyündən bu təhlükələrin böyüməsi üçün hər şey edir-etməyə hazırdır".
Xəyalə Məmmədova / Demedia.az