Schwarzenegger ilə eyni qalaktikada olmağa belə dözə bilmirdim - Stallone



 19:02 16.11.2022     783

1997-ci ildə evləndiyi Cennifer Flavinlə boşanma ərəfəsində olarkən gündəmə gələn Hollivud ulduzu Silvestr Stallone həmkarı Arnold Şvartseneggerlə bağlı diqqətçəkən açıqlamalar verib. 

Demedia.az xəbər verir ki, bir vaxtlar bir-birlərinə nifrət etdiklərini deyən məşhur  Şvartseneggerin onu necə aldadıb “bədnam” filmə çəkilməsindən də

"Rocky", "Rembo" və "The Expendables" kimi filmlərin 76 yaşlı əfsanəvi aktyoru Silvestr Stallonenin 54 yaşlı keçmiş model həyat yoldaşı Cennifer Flavin avqustda boşanmaq üçün məhkəməyə müraciət etmişdi. 25 ildir evlidir. Page Six tərəfindən əldə edilən məhkəmə sənədlərində evliliyin geridönməz şəkildə pozulduğu və Flavinin aralarında evlilikləri zamanı yığılan əmlakın ədalətli bölüşdürülməsini tələb etdiyi ifadə edilib.

Hadisə ilə bağlı danışan məşhur ayrılmasını belə izah edib:

"Cenniferə hörmət edirəm. Mən onu həmişə sevəcəyəm. O, gözəl qadın və tanıdığım ən yaxşı insandır".

Cennifer Flavin isə bu cavabı verib: "25 illik evliliyimdən sonra ərim Silvestr Stallone ilə boşanmaq üçün məhkəməyə müraciət etdiyimi təəssüflə elan edirəm. Artıq evli olmasaq da, 30-dan çox ili həmişə dəyərləndirəcəyəm. İkimiz də gözəl qızlarımıza sadiqik”.

Aysun / Demedia.az