Messidən ŞOK AÇIQLAMA: Argentinaya rəqib 3 milli...



 22:03 16.11.2022     728

"PSJ"nin dünya ulduzu Lionel Messi vətəni Argentinanı Qətərdə keçiriləcək dünya çempionatında çətin vəziyyətə sala biləcək komandaları açıqlayıb. 

Demedia.az xəbər verir ki, Messi bu il ilk dəfə Dünya Kubokunu qaldıraraq tarix yazmaq istəyir.

Futbolsevərlərin səbirsizliklə gözlədiyi dünya çempionatı matçları öncəsi həyəcan günü-gündən artır. Fransa Liqa 1 komandalarından olan "Paris Saint-Germain"in super ulduzu Lionel Messi bu il Argentina Milli Komandasında yerini alıb. 

Argentina Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq oyunu öncəsi son məşqinə çıxıb. Messi bu il milli komandasını ən çox çətin duruma salacaq üç komandanı açıqlayıb:

"Dünya Çempionatı o qədər çətin və o qədər mürəkkəbdir ki, hər şey ola bilər. Çox həyəcanlıyıq. Çox istəkli, çox gözəl bir qrupumuz var, amma yavaş-yavaş getməyi düşünürük. Dünya çempionatına gələcək hər şeylə qarşılaşmaq üçün ən yaxşı şəkildə başlayacağımıza ümid edirik. Nə qədər çox oynasanız və meydanda nə qədər çox vaxt keçirsəniz, bir o qədər də yaxşı olar. 
Namizədlərdən danışanda həmişə eyni komandaları deyirik. Bəzilərini digərlərindən üstün tutmalı olsam, Braziliya, Fransa və İngiltərənin bir az üstün olduğunu düşünürəm".

Aysun / Demedia.az