Görünüşü ilə timsaha oxşayan ada - İNANILMAZ GÖRÜNTÜLƏR



 23:09 16.11.2022     1068

Türkiyənin Ordu bölgəsindəki "Timsah adası" görənləri heyrətə gətirir.

Demedia.az xəbər verir ki, Ordunun Perşembe mahal mərkəzinə 15 kilometr uzaqlıqda olan Belicesu Məhəlləsindəki Timsahlar adası zaman zamanziyarətçilərlə dolur. 

Yerli və xarici turistlərin sıx gəldiyi yarımada qış mövsümündə qonaqlarını qarşılayır.2000-ci ilə qədər heç kim Timsah adasının varlığından xəbərsiz idi.

Düzgün bucaqdan baxıldığında tam olaraq timsahı xatırladan ada 2000-ci illərə qədər diqqət çəkməmişdi. Adanın ətrafından və yuxarı tərəfdən yolun kənarından baxanda timsah şəklini görmək mümkündür.

Aysun / Demedia.az