Hər kəs bu şəxs bu ailədənd anışır: 40 ildir ki, dairəvi yolda...



 19:33 16.11.2022     803

David John və Eirian Howatson cütlüyü 1960-cı ildə Böyük Britaniyanın Uelsin şimalındakı Denbiq şəhərinə köçüb.

Demedia.az xəbər verir ki, yeni evlərində sakit və dinc bir şəkildə yaşayacaqlarını düşünən Howatson ailəsinin xəyalları 10 ildən sonra puç olub. Bölgədən yol keçməsi ilə bağlı qərar verilib. 

Dairəvi yolun evlərinə çox yaxın bir nöqtədən keçəcəyi üçün narahat olan ailə üzvləri tezliklə həyatlarının əsl sarsıntısını hələ yaşamadıqlarını öyrəniblər.
Planı görən Howatson ailəsi 1970-ci illərdə yolun kəsişmə marşrutu ictimaiyyətə izah edildikdə şoka düşüb. Rayon ərazisindən keçməsi planlaşdırılan yolda salınacaq dairənin onların evlərinin yerləşdiyi ərazidə salınması nəzərdə tutulub. David Con və Eirian Howatson evi boşaltmaqdan imtina edir və evləri sökülmür. 1980-ci ildə bölgədən keçməsi planlaşdırılan dairəvi yol tamamlanıb və Howatson ailəsinə məxsus ev dairəvi yolun ortasındakı kəsişmədə qalıb. Devid Con Hautason yolun tamamlanmasından az sonra dünyasını dəyişsə də, ailə üzvləri başqa evə köçmək istəməyiblər. 42 il keçməsinə baxmayaraq, ailə hələ də unikal evdə yaşamağa davam edir.

Aysun / Demedia.az