Layihənin arxasında Makron şəxsən dayanır - Fransanın anti-azərbaycan planı



 13:01 17.11.2022     464

Fransa Milli Assambleyasının qəbul etdiyi anti-Azərbaycan qərarında dəyişiklik olub.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Senatın təklifi ilə müqayisədə iki əsas fərq var:

"1. "Dağlıq Qarabağ"ın müstəqilliyi yerinə - oradakı ermənilərin təhlükəsizliyi qeyd edilir.

2. Azərbaycanın son addımlarında Rusiya günahlandırılır.

Belə, aydın məsələdir ki, təklifi hökumət təsdiqləməyəcək. Baxmayaraq ki, layihənin arxasında Makron şəxsən dayanır. Sadəcə, ona təzyiq və ermənilərin yanında olması ilə bağlıinformasiya təbliğatı lazım idi. Diaspora bunun müqabilində ona çox yaxşı "təşəkkür etdi"".

Xəyalə Məmmədova / Demedia.az