Ərdoğan xoş xəbəri açıqladı



 14:23 17.11.2022     330

Türkiyə Prezidenti Rəcəb Ərdoğan “Taxıl sazişi”nin müddətinin 4 ay uzadıldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Türkiyədə keçirilən dördlü görüşmədə tərəflər müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib. Ərdoğan yazılı açıqlamasında qeyd edib:

“Türkiyə, BMT, Rusiya və Ukrayna arasında əldə edilmiş razılaşmaya görə, “Taxıl sazişi”nin müddəti 120 gün uzadılıb. Bundan əvvəlki 4 ay müddətində 500-ə yaxın gəmi ilə 11 milyon tondan çox taxılın və qida məhsullarının ehtiyac sahiblərinə çatdırılmasının və dünya bu razılaşmanın qida təhlükəsizliyi üçün nə qədər önəmli olduğunu müşahidə edib”.

Bahadur Seyidov