Borel Qazaxıstanda səfərdədir



 14:46 17.11.2022     320

“Avropa Birliyi Mərkəzi Asiyadakı ən böyük ticarət ortağı Qazaxıstanla əməkdaşlığı dərinlişdirmək istəyir”.

Demedia.az xəbər verir ki, Qazaxıstanda səfərdə olan Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel belə açıqlama verib. O, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə bildirib ki, Astana ilə əməkdaşlığı sıxlaşdırmaq önəmlidir.

Tokayev isə qeyd edib ki, Avropa Birliyi ilə bir sıra sahələrdə əməkdaşlıq var və qurumun Mərkəzi Asiyaya yönəltdiyi investisiyaların əksəriyyəti Qazaxıstana cəlb edilir.

Bahadur Seyidov