Ursula Fon der Leyen Ərdoğana təşəkkür etdi
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen “Taxıl sazişi”nin müddətinin uzadılmasından məmnunluq ifadə edib.
Demedia.az xəbər verir ki, o, sazişin müddətinin uzadılmasına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və BMT-nin Baş katibi Antonio Quterreşə təşəkkür edib.
Qeyd edək ki, Türkiyədə keçirilən dördlü görüş nəticəsində “Taxıl sazişi”nin müddəti 120 gün uzadılıb. Görüşdə Türkiyə, BMT, Rusiya və Ukrayna iştirak edib. Bundan əvvəlki 4 ay ərzində Ukraynadan 11 milyon tona yaxın taxıl və qida məhsulları daşınıb.
Bahadur Seyidov