Əlcəzair ordusu Liviya sərhədlərində təlimlər keçirdi



 16:42 17.11.2022     315

Əlcəzair ordusu Liviya sərhədlərində təlimlər keçirib.

Demedia.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər zamanı döyüş güllələrindən də istifadə edilib. Məlumata görə, təlimləri ordunun Baş qərargah rəisi Said Şankariha da izləyib. Məlumata görə, təlimlər zamanı hərbçilərin döyüş bacarıqları test edilib, mümkün müharibə zamanı həyata keçiriləcək planlar nəzərdən keçirilib. Baş Qərargah rəisi təlimlərdən sonra hərbi qüvvələrlə bir araya gələrək, döyüş güllələrindən istifadə edərək, tapşırıqları uğurla icra edən hərbçiləri təbrik edib.

Bahadur Seyidov