Nüvə danışıqları davam edir - AÇIQLAMA



 17:34 17.11.2022     324

“Amerikalı rəsmilərin inkar etməsinə baxmayaraq, İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı danışıqlar davam edir”.

Demedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian açıqlama verib. Nazirlə kabinetinin toplantısından sonra mətbuata açıqlama verən nazir bildirib ki, ABŞ ikiüzlü davranır. Hüseyn Əmir-Abdullahianın sözlərinə “ABŞ tərəfinin nüvə sazişi ilə bağlı məsələ gündəmimizdə deyil” açıqlması həqiqəti əks etdirmir.

“Son müzakirənin üzərində 72 saat keçməyib” deyən Hüseyn Əmir-Abdullahianın qeyd edib ki, ABŞ İranın “qırmızı xətt”dən imtina etməsi üçün təzyiq göstərsə də, İran geri addım atmır.

Bahadur Seyidov