Ukraynanın sülh planının hər bəndinə Rusiya 10 raketlə cavab verir - Zelenski



 17:08 17.11.2022     325

“Ukraynanın sülh planının hər bəndinə Rusiya 10 raketlə cavab verir”.

Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Rusiya tərəfi sülhdən bəhs etsə də, raket hücumlarını dayandırmır. Zelenski rusların raket hücumları nəticəsində Ukraynada mülki infrastruktura zərər dəydiyini ifadə edib.

“Rusiyaya səbəb olduğu qlobal böhranlar izah edilir. Ruslar isə İran dronları ilə cavab verir. Ona müharibəni bitirmək üçün 10 bənd təqdim edildi. O, isə sülh planının hər maddəsi üçün 10 raket atdı” - Zelenski deyib.

Bahadur Seyidov