"Müharibəni dayandırın" - G20 ölkələrinə çağırış
İndoneziya Prezidenti Coko Vidodo G20 ölkələrinə Ukrayna müharibəsini dayandırmaq üçün çağırış edib.
Demedia.az xəbər verir ki, G20 zirvəsinin yekunlarına dair təşkil edilən mətbuat konfransı zamanı o bildirib ki, Ukraynada müharibə daha da genişlənməyə başlayır. Polşaya düşən raketlərə diqqət çəkən Coko Vidodo bunun dünya üçün həyəcan mesajı olduğunu ifadə edib.
“Müharibə yalnız dağıntıya səbəb olur. Buna görə də müharibə dayandırılmalıdır” - İndoneziya Prezidenti qeyd edib.
Bahadur Seyidov