Səbəbi bilinmir: 12 gün dövrə vurub fırlandılar!
Çində qoyun sürüsünün maraqlı videosu diqqət çəkib.
Demedia.az xəbər verir ki, onlarla qoyunun bir yerdə dövrə vurduğu görünüb. Hadisə Daxili Monqolustan Muxtar Vilayətinin Baotou şəhərində baş verib.
Soyadı hələ açıqlanmaan heyvanların sahibi Miao bildirib ki, əvvəlcə bir neçə qoyun qayıtmağa başlayıb, sonra isə bütün sürü birləşib. Qadın qoyunların 12 gün dövrə vurduğunu deyib. Təsərrüfatda 34 qoyun tövləsinin olduğu və yalnız 13 nömrəlilərin bu şəkildə hərəkət etdiyi açıqlanıb.
Dövlət qəzeti “People's Daily” qeyd edib ki, qoyunlar sağlamdır və davranışlarının səbəbi məlum deyil.
Məlumdur ki, Listeria monocytogenes bakteriyası ilə çirklənmiş qidaların istehlakı nəticəsində yaranan Listeria xəstəliyi heyvanların dövrə vurmasına səbəb olur. Baytarlar xarab yemin bu xəstəliklə əlaqəli olduğunu deyirlər.
Xəstəliyə görə beyindəki iltihab bir dairədə dönmə davranışına səbəb olur. Xəstə heyvanlar da insult keçirə bilər.
Aysun / Demedia.az