Türkiyə Finlandiya və İsveçdən şərtləri yerinə yetirməsini gözləyir - Akar
“Türkiyə Finlandiya və İsveçdən Madriddə imzalanan sənədin şərtlərini yerinə yetirməsini gözləyir”.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib. O bildirib ki, NATO-ya üzvlük müraciəti edən Finlandiya və İsveç hələki terrorla mübarizədə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.
“Türkiyə İraq və Suriyada həm terror həm də qanunsuz miqrant axınından Avropanın və NATO-nun sərhədlərini müdafiə edir. Finlandiyanın Rusiya ilə 1340 kilometrlik sərhədi var. Tutaq ki, bu sərhədə hücum olsa NATO-nun üzvü olan Türkiyənin də bu sərhədi qorumaq məsuliyyəti var. Dolayısı ilə Finlandiya və İsveç Türkiyədən bu məsuliyyəti yerinə yetirməyi istəyərkən, Türkiyəyə qarşı təhdidləri anlamalı və işbirliyi içində olmalıdır” - Hulus Akar deyib.
Bahadur Seyidov