Pelosi növbəti dəfə namizəd olmayacaq



 11:30 18.11.2022     317

ABŞ-ın Nüməyəndələr Palatasının rəhbəri Nensi Pelosi məclisdə nəzarətin respublikaçılara keçməsindən sonra demokratların lideri olmaq üçün növbəti dəfə namizəd olmayacaq.

Demedia.az xəbər verir ki, bu barədə o özü açıqlama verib. Pelosi bildirib ki, demokratların lideri kimi 19 ildir fəaliyyət yürüdür və bundan qurur duyur. “Demokratların lideri olmaq üçün seçkilərdə yenidən iştirak etməyəcəm” deyən Pelosinin, çıxışı zamanı ABŞ-ın keçmiş Prezidenti Donald Trampdan bəhs etməməsi diqqət çəkib.

Qeyd edək ki, Nensi Pelosinin Nümayəndələr Palatasında sədrliyi dövründə Trampa qarşı iki dəfə impicment irəli sürülüb.

Bahadur Seyidov