Polşaya düşən raketin kimə aid olduğu dəqiq məlum deyil - Zelenski



 12:31 18.11.2022     349

“Polşaya düşən raketin kimə aid olduğu dəqiq məlum deyil”.

Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, nümayəndələrin partlayışın olduğu ərazidəki dağıntıya əsasən dediklərinə görə, Ukrayna məxsus hava hücumuna qarşı raket belə dağıntıya səbəb ola bilməz.

“Mən yüz faiz bilmirəm. Məncə dünya da nə olduğunu yüz faiz bilmir. Amma mən əminəm ki, bu rus raketi idi və biz də hava hücumlarına qarşı müdafiə raketlərindən istifadə etdik” - Zelenski deyib.

Bahadur Seyidov