İstifadəçilər tvitterdən kooya keçir
SpaceX şirkətinin rəhbəri İlon Maskın aldığı Tvitterdən sosial media istifadəçilərinin ayrılması davam edir.
Demedia.az xəbər verir ki, sosial media izləyiciləri Hindistan mərkəzli Koo platformasına diqqət göstərir. Bildirilir ki, İlon Maskın Tvitterə gətirdiyi yeniliklər istifadəçiləri narazı salıb və onlar alternativlərə üz tutur. Məlumata görə, Koo Tvitterdən sonra ən diqqətçəkən sosial media platforması olub. Koo tətbiqini endirənlərin sayı 50 milyona çatıb.
Qeyd edək ki, Koo platformasının loqosu Tvitterin loqosuna bənzəyir.
Bahadur Seyidov