Sergey Ryabkov Ankaradakı görüşdən danışdı



 14:25 18.11.2022     344

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Ankarada Rusiya və ABŞ kəşfiyyatları arasında keçirilən görüş barədə məlumat verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, tərəflər həssas məsələləri müzakirə ediblər. Diplomatın sözlərinə görə, görüş ABŞ tərəfinin təklifi ilə keçirilib. Ryabkov müzakirələrin əlavə detalları barədə açıqlama verməyib.

Qeyd edək ki, Ankarada ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Bill Burns və Rusiya Xarici Kəşfiyyat Təşkilatının rəhbəri Sergey Narışkin arasında gizli görüş olub. Bu barədə ilk məlumatı “Ağ ev”də adının açıqlanmasını istəməyən mənbə verib.

Bahadur Seyidov