BMT Rusiyaya təminat verib - Peskov



 15:24 18.11.2022     342

“Taxıl sazişi”nin müddətinin uzadılması ilə bağlı bəzi detallar məlum olub.

Demedia.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov açqlama verib. O bildirib ki, Rusiyanın qida, taxıl və gübrə məhsullarına qarşı qadağalar ləğv ediləcək. Peskov BMT-nin Rusiyanın qida məhsullarının ixrac edilməsinə dair problemlərin həll ediləcəyinə təminat verdiyini ifadə edib.

Qeyd edək ki, “Taxıl sazişi”nin müddəti daha 120 gün uzadılıb. Bu barədə razılaşma Türkiyədə, BMT, Türkiyə, Rusiya və Ukrayna tərəfi arasında olub. Bundan əvvəlki 4 ay müddətində Ukraynadan dünya bazarına 10 milyon tondan çox qida məhsullarının ixrac edildiyi bildirilib.

Bahadur Seyidov