Kişida Fumio Çinə çağırış etdi



 13:34 18.11.2022     356

“Yaponiya problemlərə baxmayaraq Çinlə əməkdaşlıq etməkdə maraqlıdır”.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Kişida Fumio açıqlama verib. O bildirib ki, tərəflər arasında bir sıra məsələlərin həlli ilə bağlı fikir ayrılıqları var. Kişida Fumio Çini məsuliyyətli davranmağa çağırıb.

Tailandda Çin sədri Sin Cinpinlə bir araya gələcəyini deyən Kişida Fumio qeyd edib ki, Yaponiya-Çin münasibətlərinin sabit və konstruktiv qurulmasının yolları axtarılacaq.

Bahadur Seyidov