Ermənistanın bizə yalvarması üçün yeni şərtlər ortaya qoymalıyıq - Politoloq
Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində N. Paşinyan Vaşinqtonun vasitəçiliyində yayınır. Demək olar ki, xarici işlər nazirlərinin görüşü Yerevan tərəfindən vaxt qazanmağa hesablanıb.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Paşinyanın sülh müqviləsinə alternativ çərçivə sazişini təklif etməsi, Qarabağla bağlı təminat istəmələri sülh müqaviləsinin yaxın perspektivdə bağlanması gözlənilmir:
"Rusiya və Fransanın siyasi dəstəyi konteksində Ermənistan rəhbərliyinin açıq şəkildə fəallaşdığı və müharibəyə hazırlaşdığı aydın görünür.
Vaşinqton N.Paşinyanın sülh müqaviləsindən yayınmasını görür və Rusiyanın diktəsi ilə Qarabağla bağlı avantürüst siyasət ortaya qoyub. E.Blinkenin N.Paşinyana zəngi əsasən Vaşinqton gündələyinin davam etdirilməsi konteksində sülh müqaviləsinin bağlanması istiqamətində mövqeyini çatdırmaqdır. N. Paşinyanın apardığı siyasət Vaşinqtonun regionda apardığı siyasətin əleyhinədir. N.Paşinyan sülh müqviləsindən yayınmaqla, Rusiyanın maraqlarına xidmət edir. Həmçinin yeni təxribatlara hazırlaşır. Görünür, E. Blinken Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşünün təşkili ilə bağlı təklif edib. Amma, indiki situasiyada N. Paşinyan belə bir görüşdən yayınır. N. Paşinyana Moskvanın iştirakı ilə keçirilən görüşlər maraqlıdır ki, vaxt qazansın.
Ermənistanın siyasəti ilə bağlı əvvəlki kimi yazılarımda qeyd etmişəm ki, Yerevan yeni müharibəyə hazırlaşaraq üstünlük qazanıb, danışıqlarda təzyiq etməkdir. Rəsmi Bakı elə bir mövqe ortaya qoymalıdır ki, Ermənistan rəhbərliyi sülh danışıqları üçün minnetçi düşsün. Qalib olduğumuz təqdirdə, biz, Ermənistana minnetçi düşmüşük görüntüsü yaranıb. N. Paşinyan da gündə bizə yeni təkliflərlə çıxış edir. Ermənistanın bizə yalvarması üçün yeni şərtlər ortaya qoymalıyıq. Ermənistanla sülh hazırkı situasiyada Azərbaycanın maraqlarına cavab vermir. Qarabağda silhalı ermən birləşmələrinə qarşı hərbi əməliyyat və Ermənistana ciddi hərbi zərbələr endirmək lazımdır.
Əgər, Ermənistan bu ilin axırına kimi qeyri-konustiriktiv siaysəti davam etdirəcəksə, Azərbaycan növbət ildən danışıqlar prosesini tərk etməlidir".
Xəyalə Məmmədova / Demedia.az