Ronaldodan Messi ilə bağlı ŞOK SÖZLƏR: "Bu baş verərsə, karyeramı başa vuracam"



 19:02 18.11.2022     788

Ötən günlərdə verdiyi müsahibə ilə futbol dünyasını silkələyən Kriştianu Ronaldonun açıqlamalarında ikinci hissə yayımlanıb. 

Demedia.az xəbər verir ki, yenə böyük səs-küy yaradacaq portuqaliyalı ulduz əzəli rəqibi Lionel Messi haqda danışıb. 

Bazar günü keçiriləcək Qətər-Ekvador matçı ilə başlayacaq 2022 Dünya Çempionatı üçün 37 yaşlı oyunçu "Dünya çempionatında gözəl performans göstərəcəyimə inanıram. Həm fiziki, həm də psixoloji cəhətdən hazıram. 2-3 il daha oynamaq istəyirəm. 40 yaşında təqaüdə çıxmaq istəyirəm. Məncə 40 bunun üçün ideal yaşdır".

Portuqaliyalı ulduza mundialla bağlı "Təsəvvür et ki, sən finaldasan. Portuqaliya-Argentina oynayır. Sən 2 qol vurdun, Messi də 2 qol vurdu. Son dəqiqədə qol vurdun və Dünya Kubokunu qazandın. Nə edərsən? - sualına gülərək cavab verib:

“Belə olarsa, karyerama son verəcəm. Yeri gəlmişkən, Messi ilə 16 il eyni mərhələni paylaşdıq. Bunu demək asandır! O, inanılmaz oyunçudur. Sehrlidir. Onunla əla münasibətim var. Messi həqiqətən hörmət etdiyim bir futbolçudur. Mənim haqqımda hər zaman yaxşı danışır. O, futbol üçün böyük işlər görən böyük adamdır.
Ronaldo Messi ilə eyni komandada oynama ehtimalı haqqında isə bunları qeyd edib: "Niyə də olmasın".

Aysun / Demedia.az