Amerikaya gedən ilk insanlar buz divarı ilə qarşılaşıb? - ŞOK FAKTLAR



 21:05 18.11.2022     813

Aparılan araşdırmaya görə, Amerikaya gedən ilk insanların “Game of Thrones”a bənzər nəhəng buz divarının qarşısını kəsdiyi aşkar edilib. 

Bəs bu nə dərəcədə real ola bilər? 

Yeni araşdırmaya görə, Amerika qitəsinə köç edən ilk insanlar təxminən 900 metr hündürlüyündə nəhəng buz divarı ilə qarşılaşıblar. Tapıntılar göstərir ki, Amerika qitəsində ilk insanlar Sakit okean sahilləri boyunca qayıqlarla səyahət ediblər. Çünki bu nəhəng divarın Asiyanı Amerika ilə birləşdirən qurudan girişə mane olduğu düşünülür. Bəs niyə? Bu hələ də sirr olaraq qalır.

İnsanların Şimali Amerikaya gəlişi ilə bağlı iki əsas nəzəriyyə var idi. Birincisi, onların bir vaxtlar Asiyanı Şimali Amerika ilə birləşdirən Beringiya adlı quru kütləsi ilə gəldiklərini, ikincisi isə kiçik su gəmilərində Asiyadan Sakit Okean sahilləri boyunca səyahət etdiklərini irəli sürdü. Arxeoloqlar 13.400 il əvvələ aid daş alətlərə əsaslanaraq, Asiyadan Amerikaya ilk köç edənlərin Klovis kimi tanınan qədim mədəniyyətə mənsub insanların olduğunu düşünürdülər. “Buzsuz dəhliz” adlanan ərazidə aparılan araşdırmalar göstərir ki, Xlovislilər bu yoldan istifadə etmiş ola bilərlər.

Lakin sonradan aşkar edilən ayaq izləri və daş əşyalar ilk insanların Nyu-Meksikoya təxminən 23.000 il, Mərkəzi Meksikaya isə 26.500 il əvvəl gəldiyini göstərdi. Nyu Meksiko və Mərkəzi Meksikaya gedən insanların bu qurudan istifadə etmək ehtimalı yox idi.

PNAS elmi jurnalında dərc edilən araşdırma buzsuz dəhlizin nə vaxt açıldığını müəyyən etməyə çalışıb. Quru kütləsinin mövcud olduğu ehtimal edilən bölgədə 1200 kilometrə qədər uzanan 6 məntəqədən götürülmüş 64 geoloji nümunə araşdırılıb. Oreqon Dövlət Universitetindən Jorie Clarkın rəhbərlik etdiyi tədqiqat qrupu dəhlizin təxminən 13.800 il əvvəl açıldığını ortaya qoydu. Klark, "Bizim indi buzsuz dəhlizin aydın olmadığına və Amerikanın erkən insanları üçün uyğun olmadığına dair tutarlı sübutlarımız var" dedi.

Komanda həmçinin bölgədəki buz təbəqələrinin 900 metr yüksəkliyə çata biləcəyini də müəyyən edib. Məşhur "Game Of Thrones" serialındakı nəhəng divara bənzəyən bu təbəqələr insanların sözügedən bölgədə səyahət etmələrini qeyri-mümkün edir. Digər tərəfdən, tədqiqatçılar tarixin heç bir dövründə insanların bu dəhlizdən istifadə etmədiyini demirlər. Tapıntılar yalnız ilk mühacir dalğasına aiddir. Bu araşdırma, insanların qitəyə ilk gəldiyi zaman dəhlizin miqrasiya yolu kimi istifadə edilə bilməyəcəyini açıq şəkildə göstərir.

Aysun / Demedia.az