Dəm qazının ŞOK Səbəbi - İran peçləri niyə dəm qazına səbəb olur?



 21:14 18.11.2022     634

Qış mövsümünün gəlişi ilə bağlı dəm qazından zəhərlənmə halları da artmağa başlayıb.

Demedia.az xəbər verir ki, səbəblər sırasında “İran peçi”, tüstü bacaları və ventilyasiya qurğuları da var. Yox, adı çəkilənlərin heç biri insan ölümünün birbaşa günahkarı deyil. Sadəcə, insanların çoxu sobaların, tüstü bacalarının necə quraşdırılması, ventilyasiya sisteminin necə işləməsi haqqında heç bir məlumata sahib deyillər.

“Azəriqaz” İB-dən şöbə rəisi İlkin Behbudov yanlış fikirlərin də insan həyatına son qoya bildiyini deyir.